Bank Of Baku

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 3 dəfə artıb

Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal yüklərinin qalığı 3 dəfə artıb
# 22 dekabr 2008 08:28 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanın dəniz nəqliyyatı ilə daşınmış yüklərin həcmi 16,4% artaraq 10,8 mln. tona çatıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, yüklərin 70,4%-ni neft yükləri, 29,6%-ni isə quru yüklər təşkil edib və bütün daşımalar xarici əlaqələr üzrə həyata keçirilib.
Cari ilin 11 ayı ərzində Bakı Beynəlxalq Dəniz Ticarət Limanında 4,9 mln. ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 0,8% az yükləmə-boşaltma işləri yerinə yetirilib. Bu ilin dekabrın 1-i vəziyyətinə limanda göndərilmək üçün 32,9 min ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 3 dəfə çox idxal yüklərinin qalığı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR