Bank Of Baku

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası yaxın günlərdə istifadəyə veriləcək

Bakı Metropoliteninin «İçərişəhər» stansiyası yaxın günlərdə istifadəyə veriləcək
# 22 dekabr 2008 09:19 (UTC +04:00)
Bu barədə «APA-Economics»ə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov məlumat verib.
T.Əhmədovun sözlərinə görə, stansiyada bütün işlər tamamlanıb və istifadəyə hazırdır: «Stansiyanın xarici və daxili görünüşü tamamilə dəyişdirilib. Yenidənqurma işləri zamanı ən müasir materiallardan istifadə olunub».
Metropoliten rəisi gələn ilin ortalarında «İçərişəhər» stansiyasının eskalatorlarının da dəyişdiriləcəyini vurğulayıb. Bakı Metropoliteni yeni eskalatorları Almaniyadan alacaq.
Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il aprel ayının 25-də qəbul etdiyi qərara əsasən, Bakı Metropoliteninin «Bakı Soveti» stansiyasının adı «İçərişəhər»lə əvəz olunub.
Qeyd edək ki, «İçərişəhər» stansiyası bu il iyulun 5-dən yenidənqurmaya bağlanması ilə əlaqədar sərnişinləri qəbul etmir.
Bakı Metropoliteni 1967-ci ildə istismara verilib və hazırda 21 stansiya və 1 depodan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR