Bank Of Baku

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma azalıb

Azərbaycanda hava nəqliyyatı ilə sərnişindaşıma azalıb
# 22 dekabr 2008 09:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Azərbaycanda ötən ilin müvafiq dövrü ilə müqayisədə hava nəqliyyatı ilə sərnişindaşımaların həcmi azalıb.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, cari ilin ilk 11 ayı ərzində hava nəqliyyatı ilə 1,3 mln. nəfər və ya əvvəlki ilin analoji dövrünə nisbətən 8,8% az sərnişin daşınıb. Bu nəqliyyat növü ilə daşınmanın 92,8%-i dövlət bölməsinə, 7,2%-i isə özəl müəssisələrə məxsus hava gəmiləri ilə həyata keçirilib. Dövlət bölməsində sərnişin daşımaları 10% azalıb, qeyri-dövlət bölməsində isə 9,9% çoxalıb.
Qeyd edək ki, bu ilin sentyabr-oktyabr aylarında Zaqatala və Lənkəran rayonlarında yeni hava limanları inşa olunaraq istismara verilib. Bununla da ölkədə hava limanlarının sayı 5-ə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR