Bank Of Baku

Bakı metrosunda pik saatlarında qatarların tuneldə dayanması texniki səbəblərlə bağlıdır

Bakı metrosunda pik saatlarında qatarların tuneldə dayanması texniki səbəblərlə bağlıdır
# 22 dekabr 2008 10:37 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı Metropolitenində qatarların bəzən pik saatlarında tuneldə dayanmaları texniki səbəblərlə bağlıdır. Bunu «APA-Economics»ə açıqlamasında Bakı Metropoliteninin rəisi Tağı Əhmədov bildirib.
T.Əhmədovun sözlərinə görə, pik saatlarında sərnişin sıxlığını aradan qaldırmaq üçün xəttə əlavə qatarlar buraxılır və interval azaldılır: «Səhər və axşam pik saatlarında xətdə 30 cüt qatar işləyir. Stansiyalarda sərnişinlərin qatarları ləngitmələri sonrakı qatarın müəyyən qədər tuneldə gözləməsinə gətirib çıxarır».
T.Əhmədov gələn il Bakı Metropoliteninin bir sıra stansiyalarında təmir və yenidənqurma işlərinin aparılacağını da vurğulayıb.
Hazırda Bakı Metropolitenində qatarlar 4-5 dəqiqə intervalla, pik saatlarında isə 3-4 dəqiqəlik intervalla hərəkət edir.
Qeyd edək ki, Bakı Metropoliteni 1967-ci ildə istismara verilib və hazırda 21 stansiya və 1 depodan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR