Bank Of Baku

Azərbaycanda yeni dəniz limanının layihəsini hazırlayacaq şirkət bir aya müəyyənləşəcək

Azərbaycanda yeni dəniz limanının layihəsini hazırlayacaq şirkət bir aya müəyyənləşəcək
# 22 dekabr 2008 14:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanın Ələt qəsəbəsi (Bakı şəhəri) yaxınlığında inşa olunacaq yeni dəniz limanının layihəsini hazırlayacaq şirkət 2009-cu ilin yanvar ayının 15-dək müəyyənləşəcək. Bu barədə «APA-Economics»ə nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
M.Pənahov limanın layihəsini hazırlayacaq şirkətin seçiminə dair tender elan olunduğunu bildirib. Artıq tenderdə iştirakla bağlı bu sahədə ixtisaslaşmış bir sıra şirkətə dəvət göndərilib. Şirkətlər təkliflərini hazırlayaraq gələn ilin yanvar ayının ilk günlərində Azərbaycan hökumətinə təqdim etməlidir.
Qalib şirkət yeni dəniz limanının tikintisi layihəsini bütün mərhələlər daxil olmaqla hazırlayıb Azərbaycan hökumətinə təqdim etməlidir.
Qaradağ rayonunun Ələt qəsəbəsi yaxınlığında inşa olunacaq limanda 11 yanalma körpüsü tikiləcək ki, bunun da 6-sı birinci mərhələdə, yəni 2011-ci ilə qədər inşa olunacaq. Dünya standartlarına cavab verəcək liman artıq 2015-ci ildə 11,6 mln. ton yük qəbul etmək imkanına malik olacaq.
Qeyd edək ki, limanın ilk layihəsini Koreyanın «GS Engineering & Construction» şirkəti hazırlasa da, sonradan bu şirkət layihədən uzaqlaşdırılıb. Bunun səbəbi Koreya şirkətinin layihədə qiymətləri ilkin təqdimatdakından daha yüksək göstərməsi isə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR