Bank Of Baku

Gələn ilin əvvəlində «Bakı Körfəzi Dəniz Körpüsü» layihəsinin ilkin detallarının hazırlanmasına başlanacaq

Gələn ilin əvvəlində «Bakı Körfəzi Dəniz Körpüsü» layihəsinin ilkin detallarının hazırlanmasına başlanacaq
# 22 dekabr 2008 14:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Gələn ilin mart ayınadək «Bakı Körfəzi Dəniz Körpüsü» layihəsi çərçivəsində araşdırmalara və layihənin ilkin detallarının hazırlanmasına başlanılacaq. Bu barədə «APA-Economics»ə Azərbaycan nəqliyyat nazirinin müavini Musa Pənahov məlumat verib.
M.Pənahovun sözlərinə görə, artıq bu günlərdə layihəni hazırlayacaq Cənubi Koreyanın «Dong Sung Engineering» şirkətinin mütəxəssisləri Azərbaycanda olub.
Nazir müavini körpünün ilkin layihəsinin hazırlanması və bu çərçivədə araşdırmaların aparılmasının Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi (KOİCA) təşkilatının qrantı ilə həyata keçiriləcəyini vurğulayıb.
«Artıq təşkilat layihənin hazırlanmasına qrant ayırmaq fikrindədir. Mart ayınadək KOİCA qrantı ayıra bilər və bundan sonra işlərə başlanılacaq», - deyə M.Pənahov vurğulayıb.
Razılaşma əldə olunarsa, KOİCA sözügedən layihəyə 1,5 mln. ABŞ dollarınadək qrant ayıra bilər.
Qeyd edək ki, Şıx qəsəbəsindən Zığ qəsəbəsinə qədər dənizin üzəri ilə salınacaq körpünün əsas hissəsinin (dənizin üzərindəki hissə) uzunluğu 13,5-15 km təşkil edəcək. Bakını əhatə edən Dairəvi Yola birləşəcək körpünün kommunikasiyaları ilə birlikdə uzunluğu 20 km-dən çox olacaq.
Dəniz körpüsü gəmilərin hərəkətinə mane olmamaq üçün hündür dayaqlar üzərində inşa olunacaq. Körpünün dayanıqlığını və elastikliyini təmin etmək məqsədi ilə kanatlardan istifadə olunacaq. Körpünün altından 40 min tona qədər dedveydi olan gəmilər keçə biləcək. Koreya tərəfi bu körpünün tikintisinə təxminən 1 mlrd. ABŞ dolları həcmində vəsait ayıracaq. Ümumilikdə, dəniz körpüsünün 2015-ci ilə qədər tikilib istifadəyə verilməsi planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR