Bank Of Baku

«Azercell»in 1 yeni müştərisi 2 otaqlı mənzil, 10-u isə 1 mln. kontur qazanıb

«Azercell»in 1 yeni müştərisi 2 otaqlı mənzil, 10-u isə 1 mln. kontur qazanıb
# 22 dekabr 2008 15:19 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti öncədən ödəmə sistemlərindən biri olan «SimSim»in 10 illiyi münasibətilə 1 nəfərə müştəriyə mükafat qismində 2 otaqlı mənzil, 10 nəfərin hər birinə isə 1 mln. kontur təqdim edib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «SimSim 10 il – Ailəmizin bayramı!» adlanan kampaniya çərçivəsində «Azercell»in yeni abonentləri qiymətli hədiyyələr qazanıb. Belə ki, cari ilin noyabrın 1-dən dekabrın 19-dək «Azercell» şəbəkəsinə qoşulan yeni «Azercell» Fakturasız Xətt (SimSim) abonentlərinin hamısı kampaniyanın iştirakçısı olub. Dekabrın 20-də isə («SimSim»in ad günündə) həmin nömrələr arasında keçirilən lotereya nəticəsində qaliblərin adları müəyyənləşib. Münsiflər heyətinin nəzarəti altında keçirilən tirajda bir nəfər abunəçi iki otaqlı mənzil, 10 nəfər abunəçi isə 1 mln. kontur qazanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR