Bank Of Baku

Culfa Dəmiryol Stansiyasında əsaslı yenidənqurma işləri aparılıb

Culfa Dəmiryol Stansiyasında əsaslı  yenidənqurma işləri aparılıb
# 23 dekabr 2008 09:13 (UTC +04:00)
Naxçıvan. C. Qurbanoğlu—APA Naxçıvan Muxtar Respublikasının Culfa Dəmiryol Stansiyası əsaslı təmir və yenidənqurma işlərindən sonra istifadəyə verilib. APA-nın yerli bürosunun məlumatına görə, bərpa və yenidənqurma stansiyanın sərnişin vağzalı binasında, idarəetmə mərkəzində və Culfa Bərpa Qatarının inzibati və yardımçı binalarında aparılıb.
Stansiyadan bildiriblər ki, sərnişin vağzalı binasında 24 iş otağı, habelə gözləmə zalı, VİP salonu, bilet kassaları, restoran və s. xidmətlər yaradılıb. Culfa Lokomotiv Deposunda elektrovoz və sərnişin vaqonları da təmir edilib, idarəetmə mərkəzinin binası yenidən qurulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR