Bank Of Baku

Naxçıvan-İstanbul marşrutu ilə ilk aviareys yerinə yetirilib

Naxçıvan-İstanbul marşrutu ilə ilk aviareys yerinə yetirilib
# 23 dekabr 2008 11:13 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün «Azərbaycan Hava Yolları» QSC-nin (AZAL) təşkilatçılığı ilə Naxçıvan-İstanbul marşrutu ilə ilk sərnişin aviareysi yerinə yetirilib.
AZAL-dan «APA-Economics»ə verilən məlumata görə, Bakı-Naxıvan reysini yerinə yetirən təyyarə bu gün saat 11:30-da Bakıdan hava qalxaraq saat 12:30 Naxçıvan Hava Limanına enib. Daha sonra avialayner saat 13:35-də yenidən havaya qalxıb və İstanbula yollanıb.
Qeyd edək ki, uçuşlar «Airbus-319» layneri ilə hər həftənin II və V günləri saat 13:35-də yerinə yetiriləcək. Aviareysə bir biletin qiyməti 196 manat (Naxçıvan-İstanbul) və 302 manat (Naxçıvan-İstanbul-Naxçıvan) təşkil edəcək. Bakıdan İstanbula (Naxçıvandan tranzitlə) uçan sərnişin aviareysinə biletin qiyməti isə 327 manat təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR