Bank Of Baku

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 14% artıb

Bakı Metropolitenindən istifadə edən sərnişinlərin sayı 14% artıb
# 23 dekabr 2008 11:36 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-noyabr ayları ərzində Bakı Metropolitenindən 181,3 mln. sərnişin istifadə edib.
Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat dövründə metro nəqliyyat vasitəsi ilə yararlanan sərnişinlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 14,1% artıb.
Qeyd edək ki, 1967-ci ildə istifadəyə verilmiş Bakı Metropoliteninin hazırda 21 stansiyası və 1 deposu var. Bu ilin oktyabr ayında yeni «Nəsimi» stansiyasını istifadəyə verən Bakı Metropoliteni gələn il ərzində «Azadlıq» stansiyasını istismara vermək niyyətindədir.
Xatırladaq ki, bu ilin noyabr ayının 10-da Azərbaycan prezidenti tərəfindən «Bakı Metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər haqqında» sərəncam imzalanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR