Bank Of Baku

«Honda» ölkəni tərk edə bilər

«Honda» ölkəni tərk edə bilər
# 24 dekabr 2008 08:03 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Honda Motor» avtomobil şirkəti ölkəni tərk edə bilər. «APA-Economics»in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu bəyanatla «Honda Motor» şirkətinin prezidenti Takeo Fukui çıxış edib.
T.Fukuinin sözlərinə görə, son vaxtlar dünya valyuta birjalarında Yaponiya milli valyutasının (yen) məzənnəsinin ABŞ dollarına qarşı yüksəlməsi prosesi bu ölkədə biznesin aparılmasını əlverişsiz edir: «Əgər Yaponiyanın daxili bazarında dolların məzənnəsi 100 yen səviyyəsindən aşağı olarsa, biz istehsalın çox hissəsini xaricdəki müəssisələrə keçirəcəyik. Bundan başqa, biz həm müvəqqəti, həm də daimi işçilərimizi ixtisar etməli olacağıq».
Şirkət prezidenti həmçinin qeyd edib ki, bundan başqa, «Honda Motor»un tədqiqat mərkəzləri, habelə mənzil qərargahı Yaponiyanı tərk edə bilər ki, bu da, öz növbəsində ölkə sənayesinə mənfi təsir göstərəcək.
Qeyd edək ki, yenin məzənnəsinin ABŞ dollarına nisbətən yüksəlməsi prosesi bu ölkədə istehsal olunan məhsulların bahalaşmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR