Bank Of Baku

Rusiyanın aparıcı avtomobil istehsalçıları fəaliyyətini dayandırır

Rusiyanın aparıcı avtomobil istehsalçıları fəaliyyətini dayandırır
# 24 dekabr 2008 11:48 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Gələn ilin ilk rübündə Rusiyada avtomobil istehsalı əhəmiyyətli dərəcədə azalacaq.
«APA-Economics»in Rusiyanın «Avtostat» analitik agentliyinə istinadən verdiyi məlumata görə, əgər 2008-ci ilin ilk rübündə Rusiya müəssisələri tərəfindən 331,1 min minik avtomobili istehsal olunubsa, artıq gələn ilin analoji dövründə 150-200 min avtomobilin istehsal olunacağı proqnozlaşdırılır. Nəticədə, Rusiyada minik avtomobillərinin istehsalı 40-60% azalacaq.
Belə ki, 2009-cu ilin yanvar ayında Rusiyanın «AvtoVAZ» müəssisəsi ümumiyyətlə avtomobil istehsal etməyəcək. Ulyanovsk Avtomobil Zavodu (UAZ) isə istehsalı bu ilin dekabr ayının 25-dən gələn ilin fevralın 9-dək dayandıracaq. İstehsalın dayandırılması müəssisələrdə minik avtomobillərinin satılmayıb toplanması ilə bağlıdır ki, bu da öz növbəsində maliyyə böhranı ilə əlaqəlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR