Bank Of Baku

«Azercell» şirkətinə ilin yekunları ilə bağlı iki mükafat təqdim olunub

«Azercell» şirkətinə ilin yekunları ilə bağlı iki mükafat təqdim olunub
# 25 dekabr 2008 07:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkətinə ilin yekunlarına dair iki mükafat təqdim olunub.
«Azercell»dən «APA-Economics»ə verilən məlumata görə, şirkət beşinci dəfə «IT Magazine» jurnalının təsis etdiyi «İntellekt 2008» mükafatına layiq görülüb. Əvvəlki illərdə milli iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən informasiya texnologiyaları sektorunda da reallaşdırılan layihələrə qiymət verilib. Lakin ötən ildən etibarən Ekspertlər Şurasının qərarı ilə bu layihələrin həyata keçirilməsində şirkət və təşkilat rəhbərlərinin də rolu qeyd olunub və bu səbəbdən «İlin adamı» nominasiyası təsis edilib. Bu nominasiyaya «Azercell Telecom» MMC-nin prezidenti Halim Ateş layiq görülüb.
Növbəti mükafat isə «Azercell»ə Azərbaycanın iqtisadiyyatı və informasiya-kommunikasiya texnologiyaları (İKT) sahəsinin inkişafına qoyduğu sərmayəyə görə təqdim olunub. Bu sahədəki uğurlarına görə «Azercell» artıq beşinci dəfə «İlin şirkəti» seçilib.
Qeyd edək ki, mərasimdə iqtisadiyyat, İKT ilə yanaşı, sosial, mədəniyyət, turizm və digər sahələrdə qazanılan uğurlara görə «İntellekt» mükafatı təqdim olunub. «İntellekt 2008» mükafatına 200-dən artıq layihə təqdim olunub. Lakin onlardan yalnız 50-si seçilib.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində əhalinin 99%-i, respublika ərazisinin isə 80%-ə yaxın hissəsi (işğal olunmuş əraziləri çıxmaq şərti ilə) «Azercell»in əhatə dairəsinə daxil edilib. Hazırda şirkətin 3,8 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR