Bank Of Baku

«Volkswagen» şirkəti Rusiyada «Touareg» avtomobil modelini də istehsal edəcək

«Volkswagen» şirkəti Rusiyada «Touareg» avtomobil modelini də istehsal edəcək
# 25 dekabr 2008 10:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Almaniyanın «Volkswagen» avtomobil şirkəti Rusiyada istehsal etdiyi modellərin çeşidini genişləndirir.
«APA-Economics»in məlumatına görə, 2009-cu ilin aprel ayında «Volkswagen»in hazırda Rusiyada istehsal etdiyi «Passat», «Jetta», «Tiguan», «Skoda Octavia» və «Skoda Fabia» modellər sırasına «Volkswagen Touareg» də əlavə olunacaq. «Volkswagen»in ən bahalı modellərindən olan «Touareg» Rusiyada yalnız dizel mühərriklə istehsal ediləcək. Belə ki, avtomobil 5 silindirli (V5), 2,5 litr həcmində (174 at gücü) və 6 silindirli (V6), 3,0 litr həcmində (240 at gücü) olan dizel mühərriklərlə təchiz olunacaq. Rusiyada istehsal olunan «Touareg»in qiyməti dəyişməz qalacaq. Hazırda Rusiyada bu modelin satış qiyməti 1 428 007 rubl (39,8 min manat və ya 49,8 min ABŞ dolları) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR