Bank Of Baku

Azərbaycan paytaxtının ana magistralında yeni körpü-tunel kompleksi istifadəyə verilib

Azərbaycan paytaxtının ana magistralında yeni körpü-tunel kompleksi istifadəyə verilib
# 25 dekabr 2008 12:05 (UTC +04:00)
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, kompleksdə 4 yolötürücü və 2 tunelin tikintisi, eyni zamanda həmin ərazidən keçən dəmiryol körpüsünün yenisi ilə əvəz edilməsi nəzərdə tutulurdu. Bu iş həcminə daxil olan, yanaşma yollarla birlikdə uzunluğu 439 metr olan 1 saylı, 512 metr olan 2 saylı və 390 metr olan 3 saylı yolötürücülər (yolötürücülərin ümumi uzunluğu 1 341 metr), 428 metr uzunluğu və 9 metr eni olan 1 saylı tunelin tikintisi artıq yekunlaşıb. Bundan başqa, layihədən kənar olaraq burada Yusif Səfərov küçəsindən Xocalı küçəsinə qədər olan yol hissəsi də yenidən qurulub. Körpünün ikinci hissəsinin tikinti işləri zamanı 15,5 min kv. metr sahədə mərmər, 5 min kv. metr sahədə alukobond, 26,7 min kv. metr sahədə yaşıllaşdırma, 132 min kv. metr sahədə asfaltlama işləri aparılıb. Kompleksdə 11 min metr uzunluğunda paslanmaz materialdan hazırlanmış məhəccər və işıqlandırma dirəkləri, 25,5 min kv. metr sahədə isitmə sistemi quraşdırılıb. Həmçinin, ərazidə 63 metr uzunluğu (yanaşma yollarla birlikdə 81 metr) olan dəmiryol körpüsü yenidən qurulub. Bu körpü kompleksi ölkədə ilk dəfə olaraq tətbiq olunan texnologiya əsasında xüsusi isitmə sistemi ilə təchiz edilib. Yeni sistem havanın temperaturu 0-4 dərəcə arasında dəyişdikdə avtomatik olaraq işə düşür, temperatur yüksəldikdə isə, öz funksiyasını dayandırır.
Kompleksi digərlərindən fərqləndirən əsas cəhətlərdən biri də onun tikintisində təmiz qranitdən istifadə olunması, işıqlandırma dirəkləri və məhəccərlərin paslanmayan materialdan olmasıdır.
Xatırladaq ki, «Akkord» Şirkətlər Qrupu bu ilin iyul ayında körpü-tunel kompleksinə daxil olan Təbriz küçəsi ilə Heydər Əliyev prospekti istiqamətində 4 saylı yolötürücü (uzunluğu 340 metr, eni 11,7 metr) və «Excelsior» mehmanxanası yanında yerləşən 2 saylı tuneli də (uzunluğu 220 metr, eni 9,5 metrdir) istifadəyə verib.
Qeyd edək ki, körpü-tunel kompleksinin tikintisinə 2006-cı ilin avqustunda başlanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR