Bank Of Baku

Azərbaycanda daşınmaz əmlakın kadastrının yaradılması məqsədilə pilot layihənin icrasına başlanılıb

Azərbaycanda daşınmaz əmlakın kadastrının yaradılması məqsədilə pilot layihənin icrasına başlanılıb
# 26 dekabr 2008 07:46 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycanda həyata keçirilən «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi» çərçivəsində Xırdalan şəhəri və Novxanı kəndinin müəyyən hissələrində daşınmaz əmlakın kadastrının yaradılması məqsədilə nəzərdə tutulmuş pilot layihənin icrasına başlanıb. Bu barədə «APA-Economics»ə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin (DƏDRX) mətbuat xidmətindən məlumat verilib.
Pilot layihənin icrası prosesində həmin ərazilərdə olan daşınmaz əmlak obyektlərinin hüquqi və texniki vəziyyəti haqqında Kadastr Məlumatları Bazası yaradılacaq. Pilot layihəni Türkiyənin «İşləm» şirkəti icra edəcək.
Qeyd edək ki, layihə çərçivəsində daşınmaz əmlakın qeydiyyatı və kadastrı sisteminin təkmilləşdirilməsi, daşınmaz əmlakın qeydiyyatının şəffaflığının təmin edilməsi, dövlətə məxsus əmlakın idarə olunmasını çevikləşdirilməsi və bütün ölkə ərazisində orto-foto xəritələrin yaradılması nəzərdə tutulur.
Layihə DƏDRX, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi tərəfindən icra olunur.
Dünya Bankı «Daşınmaz əmlakın qeydiyyatı Layihəsi»nə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankının (DB qrupunun üzvü) şərtləri ilə ilk 5 ili güzəştli olmaqla 20 illiyə, illik Libor+0,75%-lə 30 mln. ABŞ dolları məbləğində kredit ayırıb. Layihədə Azərbaycan hökumətinin payı 8 mln. dollar təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR