Bank Of Baku

«Subaru» şirkəti yeni avtomobil modelinin istehsalına başlayır

«Subaru» şirkəti yeni avtomobil modelinin istehsalına başlayır
# 26 dekabr 2008 08:42 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Subaru» avtomobil şirkəti yeni 4-qapılı sedan modelinin istehsalına hazırlaşır.
«APA-Economics»in məlumatına görə, ən maraqlısı odur ki, model arxa hərəkətə gətirmə mexanizmi ilə təchiz olunacaq. Yeni modelin həmçinin xetç-bek (beş qapılı) versiyasının istehsalı da istisna edilmir. Yeni model idmansayağı üslubda buraxılacaq, lakin «Subaru Impreza» modelindən bir pillə aşağı dayanacaq. Avtomobilin satışa çıxarılması vaxtı hələ məlum olmasa da, yeni model artıq ilkin sınaqdan keçirilir.
Bundan başqa, şirkət yeni «Subaru Legacy» modelinin istehsalına da başlayıb ki, 2009-cu ilin yanvar ayında bu model Detroytda keçiriləcək avtomobil sərgisində, yazda isə kütləvi istehsala çıxarılacaq model Yaponiyada nümayiş olunacaq. Gələn ilin sentyabr ayında isə bu model Avropa avtomobil bazarında satışa çıxarılacaq.
Qeyd edək ki, 2009-cu ildən etibarən Yaponiya istehsalı olan bütün avtomobillərin satış qiyməti təxminən 15% artacaq. Buna səbəb son vaxtlar dünya valyuta birjalarında Yaponiya milli valyutasının (yen) məzənnəsinin ABŞ dollarına qarşı yüksəlməsi prosesidir ki, bu da, öz növbəsində Yaponiyadan ixrac olunan malların qiymətinə təsir edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR