Bank Of Baku

Bayram ərəfəsində Bakıdan rayonlara hərəkət edən sərnişin avtobuslarının sayı artırılacaq

Bayram ərəfəsində Bakıdan rayonlara hərəkət edən sərnişin avtobuslarının sayı artırılacaq
# 26 dekabr 2008 10:42 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yeni İl bayramı ilə əlaqədar Bakıdan rayonlara və əks istiqamətdə sərnişin sıxlığı nəzərə alınaraq xətlərə əlavə avtobusların buraxılması planlaşdırılır. Bu barədə «APA-Economics»ə Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından məlumat verilib.
Artıq rayonlara gedənlərin sayının artması nəticəsində avtovağzalda sərnişin sıxlığı yaranıb. Avtovağzaldan verilən məlumata görə, dekabrın 29, 30 və 31-i üçün bir sıra istiqamətlərə biletlər indidən satılıb.
Qeyd edək ki, Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalından rayonlara iritutumlu avtobuslarla yanaşı fiziki şəxslərə məxsus kiçik tutumlu avtobuslar da hərəkət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR