Bank Of Baku

Bakıda elektron təhsil və əqli mülkiyyət müzakirə olunacaq

Bakıda elektron təhsil və əqli mülkiyyət müzakirə olunacaq
# 26 dekabr 2008 10:45 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin dekabrın 27-də «Mədəd» humanitar təşkilatı və «Microsoft Azerbaijan» şirkəti Bakıda «Elektron təhsil və əqli mülkiyyət» mövzusunda seminar keçirəcək.
İKT Mərkəzindən «APA-Economics»ə verilən məlumata görə, 2008-2012-ci illərdə Azərbaycanda təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı çərçivəsində keçirilən bu tədbirdə informasiya kommunikasiya texnologiyaları (İKT) vasitəsilə müəllimlər və ya biznes strukturları tərəfindən yaradılan tədris vəsaitlərinin əqli mülkiyyət prinsiplərinə görə hüquqi statusu müzakirə olunacaq. Seminarda həmçinin İKT vasitəsilə yaradılan idarəetmə sistemində müəllimlərin, təhsil üzrə inzibati işçilərin və valideynlərin hüquqları məsələsi də geniş nəzərdən keçiriləcək.
Tədbirdə «Mədəd» humanitar təşkilatın, «Microsoft Azerbaijan» şirkətinin və Rumıniyanın SIVECO şirkətinin ekspertləri Dövlət Proqramı çərçivəsində bu məsələlər üzrə məlumat verəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR