Bank Of Baku

Bayramla əlaqədar Azərbaycan Dövlət Dəmir Yolu gücləndirilmiş iş rejiminə keçib

Bayramla əlaqədar Azərbaycan Dövlət Dəmir Yolu gücləndirilmiş iş rejiminə keçib
# 26 dekabr 2008 11:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Yeni il bayramı ilə əlaqədar dekabrın 30-dan yanvarın ilk həftəsinin sonunadək Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) gücləndirilmiş rejimdə işləyəcək. Bu barədə «APA-Economics»ə ADDY-nin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
N.Əzməmmədovun sözlərinə görə, sərnişin sıxlığının artması ilə əlaqədar bayram günlərində ölkədaxili qatarlara əlavə vaqonlar qoşulacaq. Artıq ADDY-nin gücləndirilmiş rejimə keçdiyini deyən N.Əzməmmədov bayram günlərində sərnişinlərin təhlükəsizliyinin təmin olunması üçün də müvafiq işlərin həyata keçiriləcəyini vurğulayıb.
Bakı Dəmir Yolu Vağzalından «APA-Economics»ə verilən məlumata görə, artıq bayram günləri üçün yerli qatarlara biletlərin satışı başa çatıb. Əlavə vaqonlara isə bilet satışı vaqonların qoşulduğu gün həyata keçirilir.
Qeyd edək ki, hazırda ölkə daxilində 11 sərnişin qatarı hərəkət edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR