Bank Of Baku

«Nar Mobile»ın «BəxtəvərSən» kampaniyasının növbəti qalibi müəyyənləşib

«Nar Mobile»ın «BəxtəvərSən» kampaniyasının növbəti qalibi müəyyənləşib
# 26 dekabr 2008 11:27 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın üçüncü mobil rabitə operatoru olan «Azerfon» şirkətinin («Nar Mobile» ticarət nişanı) «BəxtəvərSən» kampaniyasının növbəti qalibi elan olunub.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, «Nar Mobile» tərəfindən ikinci tirajının qalibinə «Honda CR-V» avtomobili təqdim edilib.
Bundan başqa, «Dəqiqə» və ya SMS sifariş edən ən aktiv iştirakçılar «Nar Mobile»dan 5 ədəd «Toshiba» noutbuku, 10 ədəd «Nokia E71» və 50 ədəd «Qızıl Nar» nömrələri qazanıb.
Qeyd edək ki, «BəxtəvərSən» lotereyası gələn ilin yanvarın 1-dək davam edəcək. Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə lotereyada iştirak etmə hüququ qazanır. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq 737 nömrəsinə sifarişi göndərməlidir. Sifarişin qiyməti 1 manat təşkil edir. Ən aktiv 65 iştirakçı hər həftə «Toshiba» noutbuku, «Nokia E71» mobil telefonu və «Qızıl Nar» nömrələrini əldə edəcək.
Qeyd edək ki, «Azerfon» MMC-yə ölkədə GSM standartlı mobil rabitə xidmətləri göstərmək üçün 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 870 min abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR