Bank Of Baku

«Azərenerji» ASC: «Bayram günlərində Azərbaycanda elektrik enerjisi təchizatında problem olmayacaq»

«Azərenerji» ASC: «Bayram günlərində Azərbaycanda elektrik enerjisi təchizatında problem olmayacaq»
# 26 dekabr 2008 12:04 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünya Azərbaycanlılarının Həmrəyliyi və Yeni İl bayramlarında Azərbaycanın regionlarının elektrik enerjisi ilə təchizatında heç bir problem yaranmayacaq. Bu barədə «APA-Economics»ə «Azərenerji» ASC-dən məlumat verilib.
Bayram günlərində elektrik enerjisinə artan tələbat və yaranan gərginliyi nəzərə alaraq, bütün ehtiyat qüvvələr əvvəlcədən səfərbər edilib. Elektrik stansiyaları, regional enerji təchizat idarələri və paylayıcı elektrik şəbəkələr baş verə biləcək qəza hallarının qarşısını vaxtında almaq üçün lazımi avadanlıqlarla təchiz olunub.
«Azərenerji»nin proqnozlarına görə, Yeni İl bayramlarında ölkədə elektrik enerjisi istehlakı ən azı 5-7% artır.
«Bakıelektrikşəbəkə» ASC də bayram günlərində gücləndirilmiş rejimdə işləyəcək. Səhmdar cəmiyyətinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, «Bakıelektrikşəbəkə» bayram günlərində növbətçilik rejimi ilə 24 saat gücləndirilmiş rejimdə işləyəcək. Artıq baş verə biləcək problemlərin vaxtında aradan qaldırılması üçün maşın və avadanlıqlar ayrılıb. Bayram günlərində paytaxt əhalisi hər hansı problem yaranacağı təqdirdə 199 saylı telefon məlumat xidmətinə xəbər verə biləcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR