Bank Of Baku

Azərbaycan Rusiyadan metro vaqonlarının sonuncu partiyasını alıb

Azərbaycan Rusiyadan metro vaqonlarının sonuncu partiyasını alıb
# 26 dekabr 2008 14:00 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Rusiyanın «Transmaşholdinq» şirkətinin «Metrovaqonmaş» zavodu Bakı Metropoliteni ilə imzalanmış müqaviləyə uyğun olaraq Azərbaycan tərəfinə 36 vaqonun tədarükünü başa çatdırıb. «APA-Economics»in məlumatına görə, bu barədə «Transmaşholdinq»in mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.
Müqavilə çərçivəsində «Metrovaqonmaş» Bakı Metropoliteninə 81-717,5B modelli metro vaqonu göndərib. Bunlardan 14-ü lokomotiv (baş vaqon), 22-si isə ara vaqonlarıdır.
Qeyd edək ki, dəyəri 31 mln. ABŞ dolları təşkil edən müqavilə 2008-ci ilin mart ayında imzalanıb. Zavod cari ilin may ayında Bakıya 10, noyabrda 10, dekabrda isə 16 vaqon göndərib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR