Bank Of Baku

«Azercell» şirkəti Qusarda 1500-cu baza stansiyasını istifadəyə verib

«Azercell» şirkəti Qusarda 1500-cu baza stansiyasını istifadəyə verib
# 26 dekabr 2008 15:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Azərbaycanın aparıcı mobil rabitə operatoru olan «Azercell Telecom» şirkəti əhatə dairəsini genişləndirmək və mobil rabitənin keyfiyyətini artırmaq məqsədilə Qusar rayonunda yeni radio-baza stansiyasını istifadəyə verib.
Şirkətdən «APA-Economics»ə verilən məlumata görə, Qusarın ucqar dağ kəndi olan Əniğdə istifadəyə verilən 1 500-cü stansiya dəniz səviyyəsindən təxminən 1 500 metr hündürlükdə yerləşir və bu ötürücü rayonun 6 kəndində 8 min nəfər əhaliyə və bura gələn turistlərə xidmət edəcək. Stansiyanın açılış mərasimində «Azercell»in prezidenti Halim Ateş, vitse-prezidenti Ali Ağan və şirkətin digər nümayəndələri iştirak ediblər.
Bundan başqa, şirkət nümayəndələri Xaçmazda yeni «Azercell Express» ofisinin açılış mərasimində də iştirak ediblər. Şirkət bundan sonra da regionlarda «Azercell Express» ofislərinin sayını artırmaq niyyətindədir. Belə ki, növbəti belə ofislərin Qəbələ, Şəki, Zaqatala, Sumqayıt, Gəncə və digər bölgələrdə açılması nəzərdə tutulub.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Bu müddət ərzində əhalinin 99%-i, respublika ərazisinin isə 80%-ə yaxın hissəsi (işğal olunmuş əraziləri çıxmaq şərti ilə) «Azercell»in əhatə dairəsinə daxil edilib. Hazırda şirkətin 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR