Bank Of Baku

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib

Azərbaycanın bölgələrində İP-TV xidmətlərinin tarifləri endirilib
# 27 dekabr 2008 08:35 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi İP-TV xidmətlərinin tariflərində dəyişiklik edib. «Aztelekom»dan APA-ya verilən məlumata görə, bu xidmətə qoşulma üçün tariflər 20 manat, 1 aylıq istifadəyə görə 9 manat xidmət haqqı müəyyən olunmuşdu. Yeni ildən isə artıq rayon Telekommunikasiya Qovşaqlarında göstərilən İP-TV xidmətlərinə görə qiymətlər 5 manat, aylıq istifadə tarifləri isə 7 manat olacaq.
«Aztelekomdan» bildirilib ki, İP-TV xidməti vasitəsilə abunəçilər 70-ə yaxın kanala baxa bilərlər. Bu xidmət NGN şəbəkəsi qurulan bütün ərazilərdə tətbiq etmək olur. Artıq Bakı və Sumqayıtda bu xidmətin göstərilməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR