Bank Of Baku

Azərbaycan avtomobil idxalını 40% artırıb

Azərbaycan avtomobil idxalını 40% artırıb
# 29 dekabr 2008 07:59 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Cari ilin yanvar-noyabr aylarında Azərbaycana xaricdən 596 748,8 min ABŞ dolları dəyərində 81 245 minik avtomobili gətirilib. Bu barədə «APA-Economics»ə Dövlət Gömrük Komitəsindən məlumat verilib.
Son 1 ay ərzində ölkəyə 8 939 ədəd avtomobil gətirilib.
Ölkəyə gətirilən minik avtomobillərinin sayı 2007-ci ilin müvafiq dövrü ilə müqayisədə 40%, 2006-cı ilin müvafiq dövrü ilə müqayisədə isə 43% artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR