Bank Of Baku

Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən kurslar başa çatıb

Azərbaycan Dövlət Dəniz Akademiyasında keçirilən kurslar başa çatıb
# 29 dekabr 2008 09:16 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyası (ARDDA) tərəfindən Dövlət Dəniz Akademiyasında keçirilən kurslar yekunlaşıb. Bu barədə «APA-Economics»ə ARDDA-nın mətbuat xidmətindən məlumat verilib.
Kurslar «Dənizçilərin Hazırlanması, Sertifikatlaşdırılması və Növbə Çəkmələri haqqında» Beynəlxalq Konvensiyanın tələblərinə uyğun olaraq, dekabrın 8-dən 29-dək əlaqədar idarə, müəssisə və təşkilatların 48 nümayəndənin iştirakı ilə keçirilib. Kurslarda Azərbaycanın tanınmış alim və mütəxəssisləri ilə yanaşı, Rusiyanın Sankt-Peterburq şəhərində fəaliyyət göstərən, Admiral Makarov adına Dövlət Dəniz Akademiyasının səlahiyyətli mütəxəssisləri də mühazirələrlə çıxış ediblər. Kursları müvəffəqiyyətlə bitirən 48 mütəxəssisə sertifikat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR