Bank Of Baku

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının açılışı olub

Bakı Metropoliteninin “İçərişəhər” stansiyasının açılışı olub
# 29 dekabr 2008 15:11 (UTC +04:00)
Bakı Metropoliteninin hərəkət xidmətinin rəis müavini Etibar İsayevin APA-ya verdiyi məlumata görə, tədbirdə prezident İlham Əliyev də iştirak edib. Dövlət başçısına stansiyada görülən işlər barədə məlumat verilib.

Qeyd olunub ki, yenidənqurma işləri ilə əlaqədar iyulun 5-dən stansiyaya giriş və çıxış bağlanıb. Yenidənqurma işləri zamanı ən müasir materiallardan istifadə olunub.
E. İsayevin sözlərinə görə, gələn ilin ortalarında “İçərişəhər” stansiyasının eskalatorları da dəyişdiriləcək.

Azərbaycan Nazirlər Kabinetinin 2008-ci il aprel ayının 25-də qəbul etdiyi qərara əsasən, Bakı Metropoliteninin “Bakı Soveti” stansiyasının adı “İçərişəhər”lə əvəz olunub.

Bakı Metropoliteni 1967-ci ildə istismara verilib. Metropoliten hazırda 21 stansiya və 1 depodan ibarətdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR