Bank Of Baku

Azərbaycanın «Gəmi təmiri» Açıq Səhmdar Cəmiyyəti investisiya müsabiqəsinə çıxarılıb

Azərbaycanın «Gəmi təmiri» Açıq Səhmdar Cəmiyyəti investisiya müsabiqəsinə çıxarılıb
# 30 dekabr 2008 08:02 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Azərbaycan Dövlət Əmlakının İdarə Edilməsi üzrə Dövlət Komitəsi (DƏİEDK) «Gəmi təmiri» Açıq Səhmdar Cəmiyyətinin (ASC) səhmlərinin 99,16%-nin (85% + əmək kollektivi üzvlərinə səhmlərin güzəştli satışından qalan 14,16% hissəsi) satışı üzrə investisiya müsabiqəsi elan edib. Bu barədə «APA-Economics»ə DƏİEDK-dən məlumat verilib. Müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqəyə yekun vurularkən müəyyən edilmiş şərtlər daxilində maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçıya üstünlük veriləcək.
İddiaçıların təqdim etdikləri İnvestisiya Proqramında tərsanənin və kommunikasiya xətlərinin bərpası, səhmdar cəmiyyətinin ərazisinin abadlaşdırılması, mövcud tikililərin təmiri, alğı-satqı müqaviləsi imzalandığı tarixdən 60 gün müddətində təklif olunmuş investisiya həcminin 5%-ə qədərinin pul vəsaiti şəklində səhmdar cəmiyyətinin hesabına köçürülməsi, dövlət büdcəsinə ödəniləcək 130 min manat vəsaitə dair təklifin verilməsi və s. əksini tapmalıdır.

Əsas fəaliyyət növü gəmilərin əsaslı təmiri, xidməti, gəmilərin istismarı və balıq ovu, gəmilərdə yük daşınması olan «Gəmi Təmiri» ASC 1952-ci ildə istismara verilib və 2,98 hektar ərazini əhatə edir. ASC-nin nizamnamə kapitalı 147 102 manat, buraxılmış səhmlərinin sayı 73 551, səhmlərinin növü «sənədsiz adlı», bir səhminin nominal dəyəri 2 manatdır. İnvestisiya müsabiqəsində satışa 145 862 manat nominal dəyərində 72 931 səhm çıxarılıb.

Səhmdar cəmiyyətinin cəmi öhdəlikləri 9 256 manat, o cümlədən, əməkhaqqı və ona bərabər borcları 4 639 manat, mal, iş və xidmətlərə görə borcları 4 617 manatdır. Səhmdar cəmiyyətinin debitor borcları yoxdur.

İddiaçıların ərizə və təkliflərinin qəbulu 2009-cu il fevral ayının 20-dək aparılacaq. Müsabiqə təkliflərinin qiymətləndirilməsi isə fevralın 24-də həyata keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR