Bank Of Baku

Yaxın günlərdə Şamaxıda İP-TV xidmətinin tətbiqinə başlanılacaq

Yaxın günlərdə Şamaxıda İP-TV xidmətinin tətbiqinə başlanılacaq
# 30 dekabr 2008 08:47 (UTC +04:00)
Bakı. İlhamə İsabalayeva – APA. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) yaxın günlərdə Şamaxıda İP-TV xidmətinin tətbiqinə başlayacaq. «Aztelekom»un marketinq və xidmətlərin satışı şöbəsinin rəisi Etibar Bağırov APA-ya bildirib ki, ADSL üzərindən göstəriləcək bu xidmətlə Şamaxı sakinləri 70-ə yaxın kanala baxa biləcəklər. Artıq yeni xidmətin tarifləri təsdiqlənib. Xidmətə qoşulma haqqı 5 manat, aylıq ödəmə isə 7 manat olacaq.

E. Bağırovun sözlərinə görə, Şamaxıda tətbiq ediləcək İP-TV xidmətinin tarifləri paytaxta nisbətən xeyli aşağıdır.

Şöbə rəisi qeyd edib ki, İP-TV xidmətini NGN şəbəkəsi qurulan bütün ərazilərdə tətbiq etmək olur. Artıq Şamaxıda həmin şəbəkə qurulduğu üçün bu xidmətin göstərilməsi mümkündür.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR