Bank Of Baku

Bayram günlərində Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik olmayacaq

Bayram günlərində Bakı Metropolitenində qatarların hərəkət qrafikində dəyişiklik olmayacaq
# 30 dekabr 2008 10:17 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bayram günlərində Bakı Metropolitenində qatarların hərəkət qrafikində hər hansı dəyişiklik olmayacaq. Bu barədə «APA-Economics»ə Bakı Metropolitenindən məlumat verilib. Metropolitendən bildirib ki, qatarların hərəkət qrafikində dəyişikliyin olmaması dekabrın 31-də paytaxtda Yeni İl şənliklərinin ləğv olunması ilə əlaqədardır. İstər dekabrın 31-i, istərsə də yanvarın 1-də metro əvvəlki qaydada fəaliyyət göstərəcək.

Bununla belə, Bakı Metropolitendə təhlükəsizlik tədbirləri gücləndirilib. Stansiyaların girişində və içərisində polis əməkdaşlarının sayı artırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR