Bank Of Baku

«İçərişəhər» stansiyasının damması ilə bağlı problem sabahadək aradan qaldırılacaq

«İçərişəhər» stansiyasının damması ilə bağlı problem sabahadək aradan qaldırılacaq
# 30 dekabr 2008 12:51 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov - APA-Economics. Bakı Metropolitenin «İçərişəhər» stansiyasının tavanından su damması ilə bağlı yaranmış problem sabahadək aradan qaldırılacaq. Bu barədə «APA-Economics»ə Bakı Metropoliteninin rəis müavini, Tikilən Metropoliten Müdiriyyətinin rəisi Arif Rəsulov məlumat verib. A. Rəsulovun sözlərinə görə, su damması stansiyanın üzərindəki şüşələri bərkidən rezinlərdəki boşluqla bağlı olub: «Stansiyanın üzəri örtülərkən havalar yağmursuz olduğundan su damıb-dammayacağı yoxlanmamışdı. Bunu nəzərə alaraq, əvvəlcədən lazımi materiallar hazır saxlanılıb. Hazırda problemin aradan qaldırılması istiqamətində işlər görülür».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR