Bank Of Baku

Bakının yollarını qar və buzdan təmizləmək üçün 300-dən çox texnika hazır vəziyyətə gətirilib

Bakının yollarını qar və buzdan təmizləmək üçün 300-dən çox texnika hazır vəziyyətə gətirilib
# 30 dekabr 2008 12:56 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. «Azəryolservis» ASC Bakının yollarını qardan və buzdan təmizləmək üçün 300-dən artıq texnikanı hazır vəziyyətə gətirib. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-nin mətbuat katibi Pünhan Mürsəliyev məlumat verib. P. Mürsəliyevin sözlərinə görə, paytaxtda yolların buz bağlamasının qarşısını almaq və küçələrdə hərəkəti təmin etmək üçün lazım olan qum və duz ehtiyatı da toplanıb: «Şəhərin müxtəlif ərazilərinə qreyder, buldozer, qumsəpən maşınlar və digər texnikalar paylanıb. Nazik buz qatı olan küçələrdə donmanın qarşısını almaq üçün dəniz suyundan da istifadə olunacaq. Paytaxtın əsas yolları, o cümlədən hava limanına, xəstəxanalara gedən yollar müntəzəm olaraq təmizlənəcək və donmaması üçün tədbirlər görüləcək».

P. Mürsəliyev rayonlarda qar yağması ilə əlaqədar yol idarələrinin də gücləndirilmiş rejimə keçdiyini və çətin keçilən yolların, aşırımların qardan təmizlənməsi üçün hazır vəziyyətə gətirildiyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR