Bank Of Baku

Azərbaycan paytaxtında bu ilin birinci yarısında yeni avtomobil yol qovşağı istifadəyə veriləcək

Azərbaycan paytaxtında bu ilin birinci yarısında yeni avtomobil yol qovşağı istifadəyə veriləcək
# 05 yanvar 2009 09:07 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Bakı şəhərinin Babək prospekti ilə M.Hadi küçəsinin kəsişməsində («Xalqlar Dostluğu» metro stansiyası yaxınlığında) inşa olunan avtomobil yol qovşağının 2009-cu ilin birinci yarısında istismara verilməsi planlaşdırılır. Bu barədə «APA-Economics»ə «Azəryolservis» ASC-dən məlumat verilib.
Hazırda yol qovşağına daxil olan avtomobil körpüsündəki texniki problem aradan qaldırılır və təxminən üç ay əvvəl dayandırılan işlər bərpa olunub. Günəşli qəsəbəsi və «Ramstor» dairəsi istiqamətlərində körpüyə giriş və çıxış yolları çəkilib. Körpünün işıqlandırma sistemi, asfaltlanması və ərazidən keçən elektrik xəttinin dəyişdirilməsi işləri qalır.
Uzunluğu 2 116 metr təşkil edən yol qovşağına daxil olan körpünün uzunluğu 225 metrdir. Körpü 6 dayaq və 5 aşırımdan ibarətdir.
Qeyd edək ki, yol qovşağının inşasına 2006-cı ilin iyun ayında başlanıb. Körpüdə işlər bu ilin sentyabr ayında texniki qüsurlarla əlaqədar dayandırılıb.
Yol qovşağının tikintisini «Gəncəkörpütikinti» MMC həyata keçirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR