Bank Of Baku

«Ford» avtomobilləri avtomatik parklanma sistemi ilə təchiz olunacaq

«Ford» avtomobilləri avtomatik parklanma sistemi ilə təchiz olunacaq
# 05 yanvar 2009 09:21 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu il ərzində «Ford Motor» avtomobil şirkəti istehsal edəcəyi bütün modelləri avtomatik parklanma sistemi ilə təchiz edəcək.
«APA-Economics»in məlumatına görə, «Ford Motor» konserninə daxil olan bütün avtomobil modelləri («Lincoln», «Mercury») «Active Park Assist» sistemi ilə təchiz olunacaq. Analoji avtomatik parklanma sistemi artıq «Volkswagen», «Skoda» və «Mercedes-Benz» avtomobillərində mövcuddur.
Yeni sistem avtomobildəki kamera və parktroniklər vasitəsi ilə işləyəcək ki, «Active Park Assist» avtomobil üçün boş dayanacaq yeri taparaq sürücüyə bu barədə xəbər verəcək. Bundan sonra, sürücü xüsusi düyməni basacaq və avtomobil avtomatik olaraq dayanacaq üçün lazım olan yeri tutacaq.
Qeyd edək ki, «Active Park Assist» sistemi artıq yanvar ayında istehsal olunacaq. İlk öncə bu sistemlə «Lincoln» modelləri, 2009-2010-cu ildə isə «Ford»un digər modelləri təchiz olunacaq.
Xatırladaq ki, bu yaxınlarda «Ford» və «Land Rover» şirkətlərini britaniyalılardan Hindistanın «Tata» şirkəti alıb. İki şirkətin alınmasına hindular 2,05 mlrd. ABŞ dolları xərcləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR