Bank Of Baku

«Azərpoçt» bu il yeni idarəetmə modulları istifadəyə verəcək

«Azərpoçt» bu il yeni idarəetmə modulları istifadəyə verəcək
# 05 yanvar 2009 10:02 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Azərpoçt» Dövlət Müəssisəsi (DM) bu ilin sentyabr ayına kimi Avtomatlaşdırılmış Korporativ İnformasiya Sisteminin (AKİS) tətbiqi layihəsi çərçivəsində üç yeni modul istifadəyə verəcək. Yeni modullar likvidliyin, depozitlərin və maliyyə xidmətlərinin idarə edilməsi üçün nəzərdə tutulub. Bu barədə «APA-Economics»ə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən məlumat verilib.
«Azərpoçt» DM artıq poçt modulu və qeydiyyata alınmış poçt göndərişlərinə nəzarətin avtomatlaşdırılması modulunun yaradılması ilə bağlı işlərə başlayıb. Poçt modulunun yaradılması üzrə işlərin bu ilin ilk rübünün sonuna kimi yekunlaşdırılması planlaşdırılır.
Qeyd edək ki, layihə çərçivəsində artıq iki modulun test istifadəsinə başlanılıb. Bu, mühasibat hesabatı və xidmət ödənişləri üzrə modullardır.
Sistemin yaradılması üzrə işlər Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, Azərbaycan Milli Bankı, FACP konsaltinq şirkəti, «Azərpoçt» DM, icraçı şirkət olan «HP Azerbaijan» və onun layihədəki tərəfdaşları «Colvir» və «Sinam» şirkətləri tərəfindən həyata keçirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR