Bank Of Baku

«Bakcell» ilin sonunadək WIMAX texnologiyasının tətbiqini başa çatdıracaq

«Bakcell» ilin sonunadək WIMAX texnologiyasının tətbiqini başa çatdıracaq
# 05 yanvar 2009 12:25 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycanın ikinci mobil rabitə operatoru olan «Bakcell» şirkəti 2009-cu ilin sonuna kimi WIMAX texnologiyasının tətbiqi istiqamətində apardığı işləri yekunlaşdıracaq.
«Bakcell» şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, hazırda şirkət test rejimində yeni sistemdən istifadə edir. Adı çəkilən müasir texnologiya İnternetə yüksəksürətli qoşulma imkanı verir. Sistemin tam tətbiqi nəticəsində İnternetə qoşulma sürəti 16 Mbit/s-dən 70 Mbit/s-dək artacaq.
Qeyd edək ki, şirkət WIMAX texnologiyasının tətbiqinə 2006-cı ildən başlayıb və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən müvafiq lisenziya alıb.
WIMAX texnoloji imkanları adi İnternet, Wi-Fi, 3G və s. texnologiyaların imkanlarını 10 dəfələrlə üstələyir.
Bununla yanaşı, «Bakcell» şirkəti cari ilin sonunadək şəbəkənin genişləndirilməsi istiqamətində aparılan işləri başa çatdıracaq və bununla da operatorun xidmət dairəsi ölkə ərazisində 100%-ə çatacaq.
«Bakcell» şirkəti 1994-cü ildə yaradılıb, abunəçilərinin sayı isə 1,2 mln. nəfəri ötüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR