Bank Of Baku

«Nar Mobile»ın «BəxtəvərSən» lotereyasının növbəti tirajı keçirilib

«Nar Mobile»ın «BəxtəvərSən» lotereyasının növbəti tirajı keçirilib
# 05 yanvar 2009 15:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycanın üçün mobil rabitə operatoru olan «Azerfon» şirkəti («Nar Mobile» ticarət nişanı) tərəfindən «BəxtəvərSən» lotereyasının IV tirajı keçirilib. «Azerfon» şirkətinin baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, lotereyanın iki əsas qalibinə müvafiq olaraq «Honda CR-V» avtomobili və 50 min manat pul uduşu verilib.
Bununla yanaşı, ötən ərzində Dəqiqə və ya SMS sifariş edən ən aktiv iştirakçılar «Nar Mobile»dan 5 ədəd «Toshiba» noutbuku, 10 ədəd «Nokia E71» və 50 ədəd «Qızıl Nar» nömrə qazanıblar.
Abunəçilər 30 dəqiqə və ya 30 SMS sifariş etməklə lotereyada iştirak edir. Qeydiyyatdan keçmək üçün abunəçi D və ya S yazaraq, 737 nömrəsinə sifariş göndərməlidir. Sifarişin qiyməti 1 manat təşkil edir. «BəxtəvərSən» lotereyasında qeydiyyatdan keçərkən bütün iştirakçılar hər bazar canlı teleefirdə oynanılan «Honda CR-V» avtomobilinin və ya 50 min manatlıq uduşun sahibi olmaq imkanı qazanırlar. Lotereya fevral ayının 1-dək davam edəcək.
Lotereyanın növbəti tirajı fevralın 11-də keçiriləcək. Yeni İl lotereyasında öncədən ödənişli «Nar Mobile» tarif planlarının bütün abunəçiləri iştirak edə bilər.
Xatırladaq ki, GSM operatoru olan «Azerfon» şirkətinə mobil rabitə xidmətləri göstərməsi üçün Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən 2005-ci ilin dekabrın 30-da lisenziya verilib. Şirkət kommersiya fəaliyyətinə 2007-ci ilin martın 21-də başlayıb. Hazırda şirkətin 900 minə yaxın abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR