Bank Of Baku

«Aztelekom» Abşeronda NGN texnologiyasının tətbiqini başa çatdırır

«Aztelekom» Abşeronda NGN texnologiyasının tətbiqini başa çatdırır
# 06 yanvar 2009 08:04 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin «Aztelekom» İstehsalat Birliyi (İB) Abşeron yarımadasında NGN texnologiyasının tətbiqi üzrə işləri başa çatdırır. İB-dən «APA-Economics»ə verilən məlumata görə, Abşeron yarımadasını əhatə edəcək NGN şəbəkəsinin ana stansiyası ATS 442 bazasında yaradılır.
Bununla yanaşı, Sumqayıt və Gəncə telekommunikasiya qovşaqlarında da NGN texnologiyasının tətbiqi üzrə aktiv işlər aparılır.
Qeyd edək ki, Abşeron yarımadasında işlər başa çatdırıldıqdan sonra «Aztelekom» İB-nin ümumi şəbəkəsinin 9%-i NGN texnologiyası ilə əhatə olunacaq. Hazırda NGN texnologiyası vasitəsi ilə Şamaxı telekommunikasiya qovşağı tam elektronlaşdırılıb.
Bu texnologiyanın tətbiqi «Aztelekom» İB-nin abunəçilərinə İP-TV, video telefon, yüksək sürətli İnternet və 21 yeni servis xidmətinə qoşulmaq imkanını verir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR