Bank Of Baku

«Delta Telecom» yanvarın sonunadək WIMAX 816XI-mobile texnologiyası üzərindən yeni xidmətlər göstərməyə başlayacaq

«Delta Telecom» yanvarın sonunadək WIMAX 816XI-mobile texnologiyası üzərindən yeni xidmətlər göstərməyə başlayacaq
# 06 yanvar 2009 08:29 (UTC +04:00)
Bakı. Aynur – Vəliyeva – APA-Economics. Azərbaycanın «Delta Telecom» şirkəti yanvar ayının sonunadək WIMAX 816XI-mobile texnoloqiyasının tətbiqi layihəsi çərçivəsində baza stansiyaların quraşdırılması işlərini başa çatdıracaq.
«Delta Telecom» şirkətinin baş mühəndisi Elbrus Zeynalovun «APA-Economics»ə verdiyi məlumata görə, artıq Bakı, Abşeron yarımadasında və Sumqayıtda 18 baza stansiyası quraşdırılıb. Bununla yanaşı, şirkət yeni texnologiyanı Azərbaycanın regionlarında da tətbiq edir. Cənub və Şimal bölgələrində zəruri avadanlığın quraşdırılması işləri bu ilin mart ayının sonuna kimi başa çatdırılacaq.
Hazırda texnologiyadan test rejimində «Delta Telecom» şirkətinin ana stansiyasında istifadə olunur. Avadanlığın quraşdırılması işlərini Fransanın «Alkatel» şirkəti həyata keçirir.
E.Zeynalovun sözlərinə görə, yeni texnologiyanın tətbiqi mövcud tariflərə də təsir göstərəcək: «Bununla əqalədar, şirkət tariflərdə endirim etməyi nəzərdə tutur».
Xatırladaq ki, «Delta Telecom» şirkəti 2006-cı ildən universal rabitə xidmətləri göstərir. Qafqaz regionunda ən iri İnternet Backbone şəbəkəsi (provayderlərə rabitə xidmətləri) «Delta Telecom»a məxsusdur. Müasir texnologiyalara əsaslanan Backbone şəbəkəsi platforması vasitəsi ilə Azərbaycanın 100% və Gürcüstanın isə 80%-dək İnternet provayderləri peşəkar səviyyədə İP-Backbone xidmətləri ilə təmin olunur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR