Bank Of Baku

ABŞ-da avtomobil satışı 50 illik minimuma enib

ABŞ-da avtomobil satışı 50 illik minimuma enib
# 06 yanvar 2009 10:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Ötən il ərzində ABŞ-ın avtomobil bazarında avtomobillərin satış həcmi 50 illik minimuma enib. «APA-Economics»in «Bloomberg»ə istinadən verdiyi məlumata görə, dekabr ayında satışın azalması «General Motors» şirkəti üzrə 31%, «Toyota Motor» üzrə 37%, «Honda Motor» üzrə 35%, «Ford Motor» üzrə 32%, «Nissan Motor» üzrə isə 31% enib. Avtomobillərin illik satış həcminin məcmu göstəriciləri 16 illik minimuma çatıb. Eyni zamanda, ABŞ-da istehsal olunan avtomobillərin satışı daha mənfi göstəricilərə malikdir. Belə ki, «General Motors» üzrə satış 49 illik, «Ford Motor» üzrə isə 47 illik minimuma çatıb.
Mütəxəssislərin fikrincə, ötən il avtomobil bazarı, o cümlədən istehsal tarixində ən pis illərindən biri olub və yeni ildə bu mənfi tendensiyaların davam edəcəyi gözlənilir. Bunun səbəbləri kimi həm istehsalçıların maliyyə vəziyyətinin pisləşməsi, həm də istehlakçıların alıcılıq qabiliyyətinin düşməsi amilləri göstərilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR