Bank Of Baku

Azərbaycanda informasiya resurslarının dövlət reyestrinin yaradılması layihəsi bu ay hökumətə təqdim olunacaq

Azərbaycanda informasiya resurslarının dövlət reyestrinin yaradılması layihəsi bu ay hökumətə təqdim olunacaq
# 06 yanvar 2009 10:49 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. Azərbaycan Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi (RİTN) yanvar ayının sonunadək informasiya resurslarının dövlət reyestrinin yaradılması layihəsini Nazirlər Kabinetinə təqdim edəcək. RİTN-in informasiya cəmiyyətinin inkişafı şöbəsinin müdiri və Əlaqələndirmə Şurasının üzvü Rüfət Gülməmmədov «APA-Economics»ə bildirib ki, layihə artıq Maliyyə və Ədliyyə nazirlikləri ilə razılaşdırılıb.
Qeyd edək ki, yeni layihə ölkədə vahid informasiya sahəsini yaratmaq məqsədi daşıyır. Reyestrdə mövcud, ləğv edilmiş və yeni yaradılan informasiya resursları və sistemlərinin qeydiyyatı və uçotu aparılacaq. Bundan başqa, reyestrin funksiyalarına informasiya resursları və sistemlərinin yaradılması, istifadəsi və təkmilləşdirməsi üçün vəsaitlərin ayrılmasının effektiv mexanizminin həyata keçirilməsi, dövlət informasiya resursları haqqında məlumatların mühafizəsi, eyni zamanda informasilaşdırma sahəsində proqram və texniki həllərin standartlaşdırılması və vahid formaya salınması daxildir.
Reyestrin yaradılması üzrə işlərə Nazirlər Kabinetinin müvafiq sərəncamından sonra start veriləcək. Reyestrdə qeydiyyatdan keçmək üçün informasiya resursları təcrübəli şirkətlər tərəfindən yaradılmalıdır və qəbul olunmuş standartlara cavab verməlidir. Dövlət orqanlarının informasiya resursları reyestrə icbari şəkildə, fərdi strukturlar üzrə isə könüllü qaydada daxil edilir.
İlkin məlumatlara görə, layihənin icrası büdcə vəsaitləri hesabına maliyyələşəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR