Bank Of Baku

Azərbaycan sabah Rusiya ilə sərhəddə dəmir yolunda yeni sərhəd-keçid məntəqəsini istifadəyə verəcək

Azərbaycan sabah Rusiya ilə sərhəddə dəmir yolunda yeni sərhəd-keçid məntəqəsini istifadəyə verəcək
# 06 yanvar 2009 12:29 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvarın 7-də «Yalama stansiyasının sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi» obyekti istismara veriləcək. Bu barədə «APA-Economics»ə Azərbaycan Dövlət Dəmir Yolu (ADDY) İdarəsinin mətbuat xidmətinin rəisi Nadir Əzməmmədov məlumat verib.
Obyektin tikintisinə 2008-ci ilin əvvəlində başlanılıb və artıq dekabrın 1-də tikinti işləri başa çatdırılıb. Stansiyanın vağzal binası əsaslı təmir olunub, 1 463 metr uzunluğunda stansiya sahəsi hasarlanıb və abadlıq işləri yerinə yetirilib. Gömrük işçiləri üçün tikilib istifadəyə verilən blok-postda zəruri iş şəraiti yaradılıb. Belə ki, sərhəd məntəqəsində quraşdırılan video-kameralar, sərhəd-keçid məntəqəsində və stansiyanın ərazisində işıqlandırma sisteminin yeniləşdirilməsi müşahidə proseslərinin aparılmasını asanlaşdırıb.
«Yalama stansiyasının sərnişin və yük qatarları üzərində sərhəd-keçid məntəqəsi»nin istismara verilməsi ilə bağlı keçirilən açılış mərasimində ADDY-nin «Daşıma Proseslərini İdarəetmə» Birliyinin rəisi İsfəndiyar Kərimov, Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin rəisi Sabir Məhərrəmov və Yalama qovşağında dislokasiya olunan idarə və müəssisələrin kollektivləri iştirak edəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR