Bank Of Baku

«Azercell»ə yeni prezident təyin olunub

«Azercell»ə yeni prezident təyin olunub
# 06 yanvar 2009 13:28 (UTC +04:00)
«Azercell» şirkətinin mətbuat xidmətindən «APA-Economics»ə verilən məlumata görə, A.Ağan ötən ilin may ayından etibarən şirkətin vitse-prezidenti vəzifəsində çalışır. «TeliaSonera Eurasia» Şirkətlər Qrupunun prezidenti Tero Kivisaari yeni təyinatı şərh edərkən bildirib ki, A.Ağan «Azercell» şirkətinin vitse-prezidenti kimi çalışdığı dövr ərzində çox mühüm tədbirlər həyata keçirib: «Əminəm ki, Ali Ağan şirkətin prezidenti kimi də uğurlu fəaliyyətini davam etdirəcək».
«Azercell» şirkətinə son üç il ərzində rəhbərlik edən Halim Ateş isə fəaliyyətini «TeliaSonera Eurasia» Şirkətlər Qrupunun əməliyyatlar üzrə baş müdiri və vitse-prezidenti kimi davam etdirəcək.
Xatırladaq ki, «Azercell Telecom» şirkəti 1996-cı ildən fəaliyyət göstərir və hazırda 3,5 mln. abunəçisi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR