Bank Of Baku

Azərbaycana yeni «Isuzu» avtomobil modeli gətiriləcək

Azərbaycana yeni «Isuzu» avtomobil modeli gətiriləcək
# 07 yanvar 2009 08:44 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Yaponiyanın «Isuzu» avtomobil şirkətinin Azərbaycandakı rəsmi distribütoru olan «Azauto» şirkəti ölkəyə yeni pikap idxal edəcək. Bu barədə «APA-Economics»ə «Azauto» şirkətinin direktoru Fərəc Rəsulzadə məlumat verib.
F.Rəsulzadənin sözlərinə görə, yeni «Isuzu D-Max» pikap modeli Azərbaycana 2010-cu ildə gətiriləcək. Artıq bu ilin ilk yarısında bu model Rusiya avtomobil bazarında satışa çıxarılacaq. Avtomobil 3,0 litr həcmində olan (163 at gücü) dizel mühərriki ilə təchiz olunacaq.
Bundan başqa, yeni «Isuzu D-Max» modeli tam şüşəqaldırıcı sistem, kondisioner, ön təhlükəsizlik yastıqları və kruiz-kontrol sistemi ilə də təchiz olunacaq.
Xatırladaq ki, «Azauto» şirkəti 1996-cı ildən fəaliyyət göstərir. Hazırda şirkətin Bakıda 1 satış salonu və 2 servis mərkəzi fəaliyyət göstərir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR