Bank Of Baku

Azərbaycanın Malta «FİM Bank»ı ilə məhkəmə çəkişməsi üzrə yekun qərar yaxın iki aya çıxarılacaq

Azərbaycanın Malta «FİM Bank»ı ilə məhkəmə çəkişməsi üzrə yekun qərar yaxın iki aya çıxarılacaq
# 07 yanvar 2009 10:19 (UTC +04:00)
Azərbaycanın rabitə və informasiya texnologiyaları nazirinin hüquq məsələləri üzrə məsləhətçisi Bəxtiyar Məmmədovun «APA-Economics»ə verdiyi məlumata görə, Rotterdam məhkəməsi Azərbaycan tərəfinin təqdim etdiyi dəlilləri qəbul edib. «FİM Bank»ın dəlilləri isə inandırıcı olmadığına görə, Malta bankına 6 həftə əlavə vaxt verilib ki, məhkəməyə inandırıcı sübutlar və ya şahid ifadələrini təqdim etsin. Məhz bundan sonra mart ayının ortalarına kimi məhkəmənin növbəti iclasında son qərarın qəbul edilməsi planlaşdırılır.
Qeyd edək ki, 4 illik məhkəmə prosesi müddətində Fransada Azərbaycanın xeyrinə 4 məhkəmə qərarı çıxarılıb və bunun nəticəsində Azərbaycanın «New Skies Satellites N.V.» şirkətindəki 400 min dollar dəyərində 50 min səhminə, Bermuda adalarında qeydiyyatdan keçmiş «İntelsat Ltd.» şirkətindəki 1,1 mln. dollar payına qoyulmuş həbs götürülüb.
Xatırladaq ki, Azərbaycanda fəaliyyət göstərən «Poçtank» ölkə hökuməti adından müəyyən sənədlər təqdim etməklə «FİM Bank»dan kredit alıb. «FİM Bank»da həmin sənədlərin həqiqi olmadığını bilsələr də, ikitərəfli razılaşmalar nəticəsində Azərbaycan bankına kredit verilib. Bu sənədlərdə göstərilib ki, guya Rabitə Nazirliyinə məxsus olan «Aztell» və «Baktell» şirkətləri (əslində, bu şirkətlər mövcud olmayıb) üçün telekommunikasiya avadanlıqları alınacaq və həmin vəsaitin geri qaytarılmasına Rabitə Nazirliyi zəmanət verir. «Poçtbank» bu krediti qaytara bilmədiyi üçün «FİM Bank» onu Azərbaycan dövlətindən almaq məqsədilə müxtəlif ölkələrdə məhkəmələrə müraciət edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR