Bank Of Baku

Azərbaycan Milli Bankı yaxın bir aya yeni standartlar əsasında fəaliyyətə başlayacaq

Azərbaycan Milli Bankı yaxın bir aya yeni standartlar əsasında fəaliyyətə başlayacaq
# 07 yanvar 2009 11:14 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva - APA-Economics. Azərbaycan Milli Bankı (AMB) ISO:27001 beynəlxalq informasiya təhlükəsizliyi standartına keçid layihəsi çərçivəsində apardığı hazırlıq işlərini yekunlaşdırıb.
AMB-nin İT-təhlükəsizlik şöbəsinin rəhbəri İlham Həsənovun «APA-Economics»ə verdiyi məlumata görə, hazırda yeni standarta keçidlə bağlı normativ-hügugi sənədlər təsdiqlənmək üçün bankın İdarə Heyətinə təqdim olunub. Yanvar ayının sonuna kimi İdarə Heyətinin bununla bağlı müvafiq qərar qəbul edəcəyi gözlənilir və bundan sonra AMB tam şəkildə yeni standartlara uyğun fəaliyyətə başlayacag.
AMB bu il ərzində yeni standarta keçidi həmçinin kommersiya banklarına tövsiyə edəcək. Artıq Azərbaycan Beynəlxalq Bankı tezliklə yeni standarta keçməyi planlaşdırır.
İ.Həsənovun sözlərinə görə, artıg ISO:27001 standartının milli versiyası – AZS 324-2008 standartı Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən işlənilib və bu ildən etibarən informasiya mübadiləsi ilə məşqul olan bütün şirkətlərə yeni milli standarta keçid tövsiyyə edılir. Beləliklə, şirkətlərin işi AZS 324-2008 standartına uyğunluq əsasında qiymətləndiriləcək.
Qeyd edək ki, ISO/IEC 27001:2005 dünyada beynəlxalg informasiya təhlükəsizliyi sahəsində ən çox yayılmış standartdır. Bu standart çərçivəsində sənədləşdirilmiş İnformasiya Təhlükəsizliyini İdarəetmə Sisteminin (İTİS) işlənməsi, istifadəsi, monitorinqi və təkmilləşdirilməsi üzrə tələblər müəyyən edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR