Bank Of Baku

Brüsseldə «Azərbaycan Hava Yolları» şirkətinin aviabiletlərini satan erməni işdən kənarlaşdırılıb

Brüsseldə «Azərbaycan Hava Yolları» şirkətinin aviabiletlərini satan erməni işdən kənarlaşdırılıb
# 07 yanvar 2009 12:26 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Niderlandın «Kales Airline Services» şirkəti ötən gün «Azərbaycan Hava Yolları» QSC-nin («Azal») Brüsseldəki (Belçika) satış ofisində «Azal»ın aviareyslərinə biletlərin satışı üzrə yeni nəzarətçi və agent təyin edib. Bu barədə «APA-Economics»ə «Azərbaycan Hava Yolları» QSC-nin xidmət rəisi Məhərrəm Səfərli məlumat verib.
M.Səfərlinin sözlərinə görə, şirkət Lena Kellens adlı şəxsi nəzarətçi, Nik Vannesti isə agent təyin edib. Bu barədə Niderland şirkətinin Brüssel ofisinin sərnişin üzrə direktoru Martin Versçorenin «Azal»a göndərdiyi məktubda bildirilib.
Qeyd edək ki, Brüsseldə Azərbaycana bilet satışını milliyətcə erməni olan qadın Meri Sarkisyan həyata keçirib. Ötən il dekabrın 26-da «Azal» rəhbərliyi «Kales» şirkətinin rəhbərliyinə müraciət edərək biletlərinin erməni millətinin nümayəndələri tərəfindən satılmamasını istəyib. «Azal» müraciətində qeyd edib ki, əks təqdirdə, «Kales»lə əməkdaşlıq pozulacaq və başqa potensial tərəfdaş şirkətlə müqavilə bağlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR