Bank Of Baku

Dünyada maliyyə böhranı Azərbaycanın nəqliyyat sektorunda bəzi yeni layihələri təxirə sala bilər

Dünyada maliyyə böhranı Azərbaycanın nəqliyyat sektorunda bəzi yeni layihələri təxirə sala bilər
# 07 yanvar 2009 14:33 (UTC +04:00)
Bakı. Rəşad Süleymanov – APA-Economics. Dünyada baş verən maliyyə böhranı ilə əlaqədar Azərbaycanın nəqliyyat sektorunda 2009-cu ildə həyata keçirilməsi planlaşdırılan bəzi layihələr təxirə salına bilər. Bu barədə «APA-Economics»ə Nəqliyyat Nazirliyindən məlumat verilib.
Maliyyə böhranı hazırda Azərbaycanda həyata keçirilən layihələrə təsir göstərməyib. Yol-nəqliyyat sektorunda həyata keçirilən layihələr əvvəlki qaydada davam etdirilir.
Nəqliyyat Nazirliyinin «Azəryolservis» ASC-dən isə «APA-Eonomics»ə son həftələr bəzi yerlərdə yol və körpü tikintilərinin dayanmasının maliyyə böhranı ilə bağlı olmadığı bildirilib. Səhmdar cəmiyyətindən verilən məlumata görə, tikinti işlərinin dayanması havaların sərt keçməsi ilə bağlıdır və hava şəraiti yaxşılaşdıqda işlər bərpa olunacaq.
Qeyd edək ki, 2009-cu ildə Azərbaycanda yeni dəniz limanın tikintisi, Şamaxı-Quba avtomobil yolunun tikintisi, Bakı şəhərində Nəqliyyatın İntellektual İdarəetmə Sistemi və s. kimi iri layihələrin icrasına başlanması planlaşdırılır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR