Bank Of Baku

Qlobal İnternetdə spamın 34%-i ABŞ, Türkiyə və Rusiyada yaranır

Qlobal İnternetdə spamın 34%-i ABŞ, Türkiyə və Rusiyada yaranır
# 08 yanvar 2009 13:10 (UTC +04:00)
Bakı. Aynur Vəliyeva – APA-Economics. «Cisco» şirkətinin hazırladığı illik hesabatına əsasən, qlobal elektron məktublaşmanın 90%-ə yaxın hissəsini spam – elektron reklam təşkil edir. Reklamın bu növü getdikcə daha çox İnternet-fırıldaqçıların əsas cəlbetmə alətinə çevrilir.
«APA-Economics»in məlumatına görə, «Cisco»nun təhlükəsizlik şöbəsinin rəhbəri Patrik Peterson hesab edir ki, hər il təhdidlərin irəliləməsi keyfiyyətcə yeni mərhələyə keçir: «Cinayətkarlar hər il İnternetin imkanlarından sui-istifadə etmək üçün yeni üsullar icad edirlər. Hər gün qlobal şəbəkə üzərindən spam məzmunlu 200 mlrd. elektron məktub keçir».
«Cisco»nun hesabatına əsasən, bezdirici reklam xarakteri daşıyan elektron məktubların əsas mənbəyi rolunda ABŞ çıxış edir. Dünya spamının təxminən 17,2%-i məhz ABŞ-da əmələ gəlir. İkinci və üçüncü yerləri isə Türkiyə və Rusiya tutur, bu ölkələrin yaratdığı spamların xüsusi çəkisi isə müvafiq olaraq 9,2% və 8% təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR